Şiddətli baş ağrılarımın,mudhiş qorxularımın,gunu-gundən boyuyən narahatcılığımın, əndişələrimin məni bir gun dəli edəcəyini duşunub, bu ehtimaldan vahiməyə qapılıram. Hər şeyini itirmiş pərişan, pəjmurdə məcnun obrazında gorə bilmirəm ozumu.Psixiatriya kitablarında əzab cəkən insanların cırpınışlarına və sonradan xoşbəxtliyi tapdıqlarına dair pafoslu hekayələrə rast gəlmək olur.İnsanlar, biz stomatoloqlara pul odəyib əvəzində sağlam dişlər əldə edirlər,son dovrlər dəbə minən psixiatrlara dunyanın pulunu xərcləyənlər isə bir qayda olaraq: "Problem sənin ozundədir,dərdinin dərmanı oz icindədir, ancaq ozun-ozunə koməkola bilərsən" kimi səfeh-səfeh məsləhətlər eşidirlər. Butun psixiatrlar buna oxşar diaqnozlar qoyub, bir-iki əsəb sakitləşdirici,hərdən də psixotrop dərmanlaryazırlar.Yenicə formalaşmağa başlayan milli,feodal burjuaziyamız dəniz sahilində milyonluq villalarla,"super car" avtomobillərlə yanaşı,psixiatrlara da meyi salıb.Bu səbəbdən,olkədə həmişə ogey ovlad munasibəti gorən bu sahə,indilərdə uğurla inkişaf edir.Bəlkədə belə olması daha yaxşıdır.
(Arka Kapak)