Payız Gəldi

İntro : Am E Am E

Am------------------C-----Dm
Gözlərim hər axşam axtarır səni,
--------------------E-----Am
Ürəyim yollardan qayıtmır evə,
Am---------C--------G-----Dm
Sənsiz dalğalar da tanımır məni,
--------------F-------------E
Neyləyim ürəyim heç yatmır evə.

Nəqarət

---------Am---C Dm
Payız gəldi , uçdu getdi quşlar, \
-----------E------------------Am \ 2
Sən də getdin , bax yağdı yağışlar. \
---------C-----A7--------Dm
Payız gəldi, qərib oldu dəniz,
-------------E---------Am
Bu dənizin gözü yaşlı sənsiz. \ 2


Am C Dm
Küçələr , döngələr izindən qalır,
E Am
Yarpaq pıçıltısı sənin səsindi,
Am C G Dm
İşıqlar zil qara gözündən qalır,
F E
Bu şirin xatirə mənim bəsimdi.

Nəqarət


Am C Dm
Özümü aldadıb hər axşam-səhər,
E Am
Elə bu havanı oxuyuram mən,
Am C G Dm
Vallah səndən ötrü çox darıxmışam,
F E
Başqa nə gəlir ki , axı əlimdən?
Nəqarət

Am C Dm
Dostlarım bilirlər nələr çəkirəm,
E Am
Hər axşam könlümü alırlar mənim,
Am C G Dm
Hər dəfə qapımı döyən zaman qəm,
F E
Dostlarım həmdəmim olurlar mənim